On səkkiz mindən çox bakalavr “telebe.edu.az” portalında qeydiyyatdan keçib
Bakı, 9 iyun, AZƏRTAC
Bakalavr səviyyəsi üzrə təhsil alan 18 min 252, magistr dərəcəsi üzrə 1061 tələbə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi - http://e-telebe.edu.az vasitəsilə qeydiyyatdan keçib.
AZƏRTAC xəbər verir ki, bunu həssas qruplardan olan tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlı onlayn müzakirədə Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri Nərgiz Səfərova deyib.
Şöbə müdiri bildirib ki, portala müraciət edən tələbələrin informasiyaları dəqiqləşdirildikdən sonra onlara SMS vasitəsilə cavab veriləcək.