ON YEDDİ YAŞLILARDAN İBARƏT YIĞMA KOMANDALAR ARASINDA PÜŞKATMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
AFFA-nın İcraiyyə Komitəsinin 2008-ci ilin iyulun 5-də keçirilmiş iclasında qəbul edilən qərara əsasən, Premyer Liqada çıxış edən klubların nəzdindəki 17 (U-17) yaşlı futbolçulardan ibarət komandalar arasında turnir keçiriləcəkdir.
AZƏRTAC-a AFFA-dan bildirmişlər ki, iyulun 30-da qurumun inzibati binasında U-17-lərin turnirinin püşkatma mərasimi olmuşdur. Premyer Liqa klublarının nəzdindəki U-17-lər iki qrupda mübarizə aparacaqlar. A qrupunda 8, B qrupunda isə 6 komanda yarışacaqdır. Qrup oyunları başa çatdıqdan sonra ilk 3 pilləni tutan komandalar arasında 1-6-cı yerlər uğrunda, digər yerləri tutan komandalar arasında isə 7-14-cü yerlər uğrunda iki dövrədən ibarət yarış keçiriləcəkdir.
Püşkün nəticələrinə görə A qrupunda “Standard” - “Qarabağ”ı, “Olimpik” - “Neftçi”nı, “Bakı” - “Bakılı”nı, MOİK - “İnter”i, B qrupunda isə
“Qəbələ” - “Simurq”u, NBC - “Karvan”ı və “Turan” - “Xəzər-Lənkəran”I qəbul edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib
- 10.10.2026 [18:53]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:46]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]