Onlayn elektron inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 10 iyun, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimi dövründə evdə qalan məktəblilərin asudə vaxtının səmərəli təşkili məqsədilə “#Evdəqal - inkişafından qalma” devizi altında aprelin 8-17-də keçirilmiş distant elektron inşa-yazı müsabiqəsinin qalibləri Nərimanov Rayon Gənclər və İdman İdarəsində mükafatlandırılıb.
Azərbaycan Respublikası Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, gün ərzində fərqli saatlarda idarəyə gələn qaliblərə diplom, medal və hədiyyələr təqdim olunub.