OPERA MÜĞƏNNİSİ ELÇİN ƏZİZOV “MAYAK” RADİOSUNUN CANLI EFİRİNDƏ ÇIXIŞ ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dünya şöhrətli müğənni, Opera Mərkəzinin rəhbəri Qalina Vişnevskaya və opera artistlərinin II beynəlxalq müsabiqəsinin ikinci mükafatının laureatı Elçin Əzizov, habelə müğənni Anastasiya Privoznova “Mayak” radiostansiyasında Olqa Şelest və Anton Komolovun apardıqları verilişin qonağı olmuşlar.
Qalina Vişnevskya müsabiqə barədə danışaraq bildirmişdir ki, bu yaradıcılıq yarışmasında iştirak etmək çox şərəfli və məsuliyyətlidir. İştirakçılar həyəcan keçirirdilər, çünki qələbə üçün xeyli fiziki və mənəvi qüvvə sərf etmək lazım gəlir.
Sonra söz Q.Vişnevskaya Opera Mərkəzinin stajoru Elçin Əzizova verilmişdir. Soydaşımız “Mayak” radiosunun efirindən demişdir: “Biz opera mərkəzini layiqincə təmsil etməyə çalışdıq. Mən isə həm də öz respublikamı - Azərbaycanı təmsil edirdim. Mənə ikiqat xoşdur ki, mükafatı mayın 28-də, Azərbaycanda Respublika günü bayramı qeyd edilərkən təqdim olundu. Həmin gün mənim üçün ikiqat bayram idi: mən mükafat aldım və onu Vətənimə hədiyyə etdim”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [23:49]
Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır
- 09.06.2026 [21:50]
Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir
- 09.06.2026 [21:37]