“ORACLE” ŞİRKƏTİ TƏRƏFDAŞLARINA YENİ TƏDRİS TƏŞƏBBÜSLƏRİNİ TƏQDİM EDİR
“Oracle” şirkətinin Müstəqil Dövlətlər Birliyi (MDB) nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, qurum 2008-2009-cu tədris ilində MDB ölkələrindəki tərəfdaşlarına əlverişli qiymətlərlə operativ şəkildə təhsil almaq üçün yeni tədris təşəbbüslərini təqdim edir. Bunlar Oracle Universitetində kurslar, onlayn tədris, məhsul və sahə üzrə konfranslar, texnoloji seminarlar, maarifləndirici treninqlər, layihələr və sairdir.
Qeydiyyat üçün şirkətin tərəfdaşı “Oracle”nin MDB nümayəndəliyinə sorğu göndəriməlidir.
Qeyd edək ki, 2008-ci maliyyə ilinin nəticələrinə görə, şirkətin MDB üzrə tərəfdaşlarının sayı 40 faizdən çox, son üç ildə isə 3 dəfə artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]