Orxan Məmmədov: İki mindən çox KOB subyektinin yerli və xarici sərgilərdə iştirakına dəstək olmuşuq VİDEO
Bakı, 5 may, AZƏRTAC
Bu vaxtadək 2 mindən çox kiçik və orta sahibkarlıq subyektlərinin müxtəlif sahələrdə ixtisaslaşmış yerli və xarici sərgilərdə iştirakına dəstək olmuşuq.
AZƏRTAC xəbər verir ki, bunu “Caspian Agro Week”in açılışı zamanı çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
KOBİA-nın İdarə Heyətinin sədri bildirib ki, kiçik və orta biznes subyektlərinin satış imkanlarının genişləndirilməsi məhsul və xidmətlərin tanıdılmasına öz töhfəsini verir.
“Bu, KOBİA-nın əsas fəaliyyət istiqamətlərindəndir. 2018-ci ildən etibarən KOBİA 2 mindən çox kiçik və orta sahibkarlıq subyektlərinin müxtəlif sahələrdə ixtisaslaşmış yerli və xarici sərgilərdə iştirakına dəstək olub. Kənd təsərrüfatı və qida sektoru ölkə iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun vacib sahələrindən biridir. Ötən müddət ərzində ölkəmiz bu sahədə müxtəlif uğurlara imza atıb”, - deyə Orxan Məmmədov qeyd edib.