Orxan Məmmədov: KOBİA qadınların sahibkarlıqla məşğul olmalarını dəstəkləyir
Bakı, 19 oktyabr, AZƏRTAC
Paytaxt və regionlarda 50-dən çox KOBİA İnkişaf Mərkəzi fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qadınlarının VI Qurultayı çərçivəsində “Sosial-iqtisadi islahatların gender aspektləri. Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi” mövzusunda keçirilən panel müzakirələrdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Ölkədə qadın sahibkarlığının inkişafı istiqamətində görülən işlərdən danışan Orxan Məmmədov regionlarda qadın sahibkarlara dəstək tədbirlərinin əhəmiyyətini qeyd edib. “KOBİA olaraq qadın sahibkarlarla sıx işləyirik. Regionlarda yaşayan qadınlarımızın əksəriyyəti evdən çıxmadan sahibkarlıqla məşğul olmaq istəyir. Biz bu işdə onlara dəstək veririk. Düşünürəm ki, bu, çox müsbət təcrübədir”, - deyə Orxan Məmmədov diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:02]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [14:07]
Bakının bəzi yollarında sürət həddi endirilib
- 03.10.2026 [12:04]
FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- 03.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [11:43]
Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]