“Oskar” mükafatının “Ən yaxşı film” nominasiyası uğrunda səkkiz film yarışacaq
Bakı, 26 yanvar, AZƏRTAC
“Oskar” mükafatının “Ən yaxşı film” nominasiyası uğrunda səkkiz film yarışacaq.
AZƏRTAC xəbər verir ki, iddiaçılar sırasına rejissor Rayan Kuqlerin “Qara pantera”, Piter Farrellinin “Yaşıl kitab”, Bredli Kuperin “Ulduz doğuldu”, Alfonso Kuaronun “Roma” və başqa filmlər daxildir.
Amerika kino tənqidçiləri “Ən yaxşı film” kateqoriyasında “Oskar”a namizəd Bredli Kuperin “Ulduz doğuldu” melodramını, Alfonso Kuaronun “Roma” dramını və Piter Farrellinin “Yaşıl kitab” filmlərinin adını çəkirlər. “The Hollywood Reporter” jurnalı bu filmlərin mükafat qazanma şansı yüksək qiymətləndirir.
Xatırladaq ki, 91-ci “Oskar” mükafatlarının təqdimatı fevralın 24-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]
Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]