Ötən gün polis əməkdaşları 5 kiloqramdan çox narkotik vasitə aşkarlayıblar
Bakı, 31 yanvar, AZƏRTAC
Polis əməkdaşlarının yanvarın 30-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5,5 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 2 kiloqramdan artıq heroin, 3,2 kiloqrama yaxın marixuana və 350 qramdan çox metamfetamin olub.
Həmin istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:48]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:30]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [16:26]