Ötən il “AzerGold”un satış gəlirləri artıb
Bakı, 30 yanvar, AZƏRTAC
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2023-cü ildə qızıl və gümüşün yerli və beynəlxalq bazarlarda satışı uğurla davam etdirilib.
Səhmdar Cəmiyyətdən AZƏRTAC-a verilən məlumata görə, qiymətlilərin satış həcmləri 2023-cü ildə 68.1 min unsiya qızıl və 119.8 min unsiya gümüş olub. Bu, 2022-ci illə müqayisədə qızıl satışı həcmində 7 faiz artım deməkdir.
Qeyd edilən satış həcmindən qızıl üzrə 62.1 min unsiya, gümüş üzrə isə 90.8 min unsiyası beynəlxalq bazarlarda realizə edilib. Daxili bazarın tələbatına uyğun olaraq xammal və hazır məhsul formasında 6 min unsiya qızıl, 29.1 min unsiya gümüşün satışı həyata keçirilib. Beləliklə, 2017-2023-cü illər üzrə ümumi satış göstəriciləri 416 min unsiya qızıl, 853 min unsiya gümüş təşkil edib.
Hesabat ilində beynəlxalq və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 232.8 milyon manat məbləğində gəlir əldə edilib. 2022-ci illə müqayisədə satış gəlirlərində 15 faiz artım qeydə alınıb. Bu vəsaitin 210.1 milyon manatını ixrac, 22.7 milyon manatını daxili satış gəlirləri təşkil edir. İxrac gəlirləri 2022-ci illə müqayisədə 11 faiz, yerli bazarda satış gəlirləri isə 81 faiz artıb. 2023-cü ildə qiymətli məhsulların ümumi satışlarından əldə edilmiş gəlirlərin 97.9 faizi məhz qızılın satışı nəticəsində mümkün olub.
Bununla, 2017-2023-cü illər üzrə qızıl və gümüşün satışı nəticəsində əldə olunmuş ümumi gəlir 1.19 milyard manat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]
Dünya birjalarında neft ucuzlaşıb
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [20:00]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:28]
Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər
- 14.06.2026 [19:17]
Zelenski ilə Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [19:12]
FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb
- 14.06.2026 [19:10]