Ötən il İcbari Sığorta Bürosu tərəfindən 967 min manat kompensasiya ödənilib
Bakı, 23 yanvar, AZƏRTAC
İcbari Sığorta Bürosu (İSB) tərəfindən 2024-cü ildə 320 sığortasız və 19 naməlum nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş 339 yol-nəqliyyat hadisəsi üzrə kompensasiya ödənilib. 252 şəxsin sağlamlığına vurulmuş müxtəlif dərəcəli xəsarətlərə görə 327 925 manat, 16 şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsinə (əlillik) səbəb olmuş xəsarətlərə görə 41 min manat və 135 şəxsin ölümü ilə nəticələnmiş hadisələr üzrə 597 min 634 manat olmaqla, ümumilikdə, 403 şəxsə münasibətdə 966 min 559 manat kompensasiya ödənişləri həyata keçirilib.
Bu barədə AZƏRTAC-a İSB-dən bildirilib.
Kompensasiya ödənişi üçüncü şəxsin sağlamlığına naməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən üçüncü şəxsin sağlamlığına zərər vurulduqda və sığorta qanunvericiliyində nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olmadıqda təmin edilir.
Qeyd edək ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikası ərazisində baş vermiş sığorta hadisələri nəticəsində icbari sığorta qanunvericiliyində nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olmadıqda sağlamlığına zərər dəyən üçüncü şəxslərə kompensasiya ödənişinin verilməsi İcbari Sığorta Bürosu (İSB) tərəfindən həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]