Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ötən il Prezident İlham Əliyevin məhsuldar və çoxşaxəli fəaliyyəti ilə yadda qaldı

Ötən il Prezident İlham Əliyevin məhsuldar və çoxşaxəli fəaliyyəti ilə yadda qaldı

Bakı, 12 yanvar, AZƏRTAC

Yola saldığımız 2021-ci il Azərbaycan tarixinin səhifələrini zənginləşdirən daha bir uğurlu il kimi yaddaşlarda qalacaq. Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusunu darmadağın etdikdən və 30 illik işğal siyasətinə son qoyduqdan sonra qazandığımız şanlı Qələbənin yaratdığı reallıqların təsdiqi istiqamətində atılan qətiyyətli addımlar davamlı olub. Dövlətimizin başçısının öz ailə üzvləri ilə birlikdə işğaldan azad olunmuş ərazilərimizə mütəmadi səfərləri, qısa müddət ərzində tikilib istifadəyə verilmiş obyektlərin açılış mərasimlərində və bəzilərinin isə təməlqoyma mərasimlərində iştirakı beynəlxalq aləmdə böyük maraqla izlənilib. Çünki müharibədən yenicə çıxmış bir dövlətin qısa müddətdən sonra genişmiqyaslı yenidənqurma işlərinə başlaması iqtisadi gücümüzün göstəricisi idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Hüquq müdafiəçisi 2021-ci ilin yekunlarından və qarşıda duran vəzifələrdən danışarkən bildirib ki, yola saldığımız ildə dövlətimizin başçısının iş qrafiki çox məhsuldar, faydalı və çoxşaxəli olub. Xatırladaq ki, Prezident İlham Əliyev ötən il 7 dəfə xaricə səfər edib, 12 prezident və 3 beynəlxalq təşkilat rəhbəri ilə görüşüb. Belə bir zamanda, yəni işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinin geniş şəkildə start götürdüyü, eyni zamanda, dünyanı koronavirus pandemiyasının bürüdüyü bir vaxtda Azərbaycan Prezidenti Rusiyaya dörd, Türkiyə, Türkmənistan və Belçikaya bir dəfə səfər edib. O cümlədən dövlətimizin başçısı bu səfərlər zamanı 12 ölkənin prezidenti (Türkiyə, Pakistan, Rusiya, Qırğız Respublikası, Türkmənistan, İran, Qazaxıstan, Tacikistan, Ukrayna, Moldova, Fransa, Özbəkistan), 3 beynəlxalq təşkilatın rəhbəri (Türk Şurası, Avropa İttifaqı, NATO), 2 ölkənin baş naziri (Macarıstan və Ermənistan) ilə görüşüb və ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə əlaqədar müzakirələr aparıb. Təbii ki, bütün bunlar ölkəmizin xarici siyasətinin kifayət qədər dolğun, düşünülmüş və çoxşaxəli olmasından xəbər verir.

Ç.Qənizadə deyib ki, 2021-ci ildə qarşıda mühüm əhəmiyyətli işlər var idi. Axı düşmən işğal etdiyi ərazilərimizdə daş üstə daş qoymamışdı. İşğaldan sonra həmin ərazilərə təşkil olunan səfərlər də bunu dünya ictimaiyyətinə nümayiş etdirdi. Ona görə, qarşıda prioritet vəzifələr dururdu: bir tərəfdən işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, digər tərəfdən isə xarici siyasətdə qazanılan uğurları davam etdirmək, habelə beynəlxalq tədbirlərdə iştirak edərək müharibənin başlanılması barədə həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq. Həmçinin həmişə olduğu kimi, bu dəfə də əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi qarşıya qoyulan mühüm vəzifələrdən idi.

Hüquq müdafiəçisi daha sonra bildirib ki, Azərbaycanın ərazisinin 20 faizi 30 ilə yaxın müddətdə işğal altında olsa da, bir milyondan artıq soydaşımız məcburi köçkün həyatı yaşasa da, insan amili daim dövlətimizin başçısının diqqət mərkəzində saxladığı prioritet sahələrdən olub. Ən aztəminatlı ailələrin, şəhid və müharibə əlillərinin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilib, bu qəbildən olan insanların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində fərman və sərəncamlar imzalanıb. Bu illər ərzində əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yoxsulluğun səviyyəsinin endirilməsi, yeni iş yerlərinin açılması, aztəminatlı ailələrin güzəranının yaxşılaşdırılması zəruri vəzifələrdən olub.

Ç.Qənizadə ötən ilin yadda qalan hadisələrindən söhbət açarkən iyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi səfərdə olduğunu xüsusi vurğulayıb. Deyib ki, həmin gün Azərbaycan tarixində əbədi olaraq əlamətdar gün kimi xatırlanacaq. Çünki respublikamızın müstəqillik tarixində ilk dəfə olaraq, dövlətimizin başçısı xarici dövlətin rəhbərini Qarabağda qarşıladı. Həmin səfər çərçivəsində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış etdilər. Bu görüş hər iki xalq üçün mühüm mənəvi əhəmiyyət kəsb edir. Çünki 28 illik işğaldan sonra Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu.

Ötən il Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərlərini xatırladan Ç.Qənizadə bildirib ki, dövlətimizin başçısının və birinci xanımın bu səfərləri düşmənə və havadarlarına göz dağıdır. Artıq bütün dünya da şahiddir ki, Qarabağ Azərbaycandır!

“Bundan əlavə, Prezidenti İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə, o cümlədən Soçidə Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında üçtərəfli görüşdə, Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında, həmçinin Brüsseldə Şimali Atlantika Şurasının iclasında, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində və Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmişdir. Bütün bunlar Azərbaycan liderinin ötən ilki iş qrafikinin çoxşaxəli və məhsuldar olmasından xəbər verir”, - deyə Ç.Qənizadə vurğulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: Son çempion "Sabah" ilk oyununa çıxır

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür

Media: NATO-nun müdafiə planındakı uğursuzluq Ukraynaya çətinlik yaradır

Pekindən Mançesterə uçan təyyarə Krasnoyarskda təcili eniş edib

Kolumbiyada mədəndə partlayış nəticəsində 6 nəfər həlak olub

Rusiya-Şimali Koreya sərhədində körpü tikintisi başa çatır

Tramp: İranı məhv etmək istəmirik, amma hər şeyə qadirik

Braziliyadakı sarı qızdırma epidemiyasının səbəbi tapılıb

Texasdakı qəzadan sonra ABŞ-də “Apache” helikopterlərinin uçuşları dayandırılıb

İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub

Qərbi Afrikada iqlim fəlakəti: 32 milyon insan evini tərk edə bilər

ABŞ Bolqarıstana “F-16 “qırıcılarının çatdırılmasını 2030-cu ilə qədər təxirə salır

Qazaxıstandakı beynəlxalq toplantıda Azərbaycanın gənc yol müfəttişləri ölkəmizi təmsil edirlər

Tramp Kamala Harrisin sərhəd siyasətini tənqid edib

Türkiyə Superliqası: "Qalatasaray" mövsümə xal itkisi ilə başlayıb

Kanada İranın 5 yüksəkvəzifəli şəxsini sanksiya siyahısına saldı

Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb YENİLƏNİB

“Kapellhaus Garden Hall”: Ulduzlu səma altında klassik musiqi səslənib

"Bloomberg": ABŞ Kubaya qarşı iqtisadi təzyiqləri gücləndirir

Güclü leysan Tbilisi və ətraf bölgələrdə ciddi fəsadlar törədib

Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində

Rəcəb Tayyib Ərdoğan: AK Parti – Türkiyənin uğurlarının əsas hərəkətverici qüvvəsidir

Almaniyanın altı əyalətində meşə yanğınları baş verib

Böyükşor gölündə yaşıl rəngli kütlə müəyyən edilib – laborator analizlər aparılır

FHN: Qubadakı zəlzələ nəticəsində dağıntı və xəsarət qeydə alınmayıb

Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsinin nəticələri açıqlanıb

“Neftçi” fransalı futbolçu ilə yollarını ayırıb

Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib

Quba rayonunda zəlzələ baş verib

Tacikistanda tərkibində şəkər olan içkilərə vergi tətbiqi imkanları araşdırılır

“Beşiktaş” yeni transferi Duşan Vlahoviçi ictimaiyyətə təqdim edib

Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Almaniya və İtaliya arasında sığınacaq axtaran şəxslərin qəbulu ilə bağlı fikir ayrılığı yaranıb

Binəqədidə ağacların kəsilməsi nəticəsində təbiətə 39 min manatdan çox ziyan dəyib

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub

Bu saata olan əsas xəbərlər

Fransada 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması əngəllənib

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlanıb

Siyasi şərhçi: Naxçıvan blokadadan tranzit və enerji qovşağına çevrilmə mərhələsinə qədəm qoyur

Azərbaycan iyun ayında Türkiyəyə qaz tədarükçüləri siyahısına başçılıq edib

AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olub

Mərkəzi Aran regionunda kibertəhlükəsizlik üzrə təlimlər davam edir

İğdırda Ermənistanın köhnəlmiş AES-i ilə bağlı məsələyə diqqət çəkdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirlər

Ötən ilin büdcəsində “Ətraf mühitin mühafizəsi” sektoru üzrə vəsaitin 67,7 faizini yerli icra hakimiyyəti orqanları xərcləyib

AKİA-nın sədri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib

Nəticəəsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlar üzrə 2025-ci il üçün monitorinqin nəticələri açıqlanıb

Ayxan Abbasov: “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb

Bakı, Sumqayıt və Abşeronda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Vaşinqtonda “Çolpon-Ata Sammiti və Trans-Xəzər əməkdaşlığında növbəti addımlar” mövzusunda tədbir təşkil edilib

Naxçıvan Azərbaycanın siyasi, geostrateji və təhlükəsizlik maraqları baxımından böyük əhəmiyyətə malikdir

Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub

Ötən il kənd təsərrüfatı sektoruna ayrılan vəsait açıqlanıb

Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb

“İdman TV” yeni mövsümdə nüfuzlu futbol yarışlarını yayımlayacaq

Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü təşkil olunub

Bu il baş tutan elektron satınalmalar nəticəsində büdcədə qənaət edilmiş məbləğin həcmi açıqlanıb

Üçüncü ixtisas qrupunda 15 min 553 plan yeri ayrılıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Qazaxıstanda elektrik enerjisinin verilişi bərpa olunur – YENİLƏNİB

Daşınmaz əmlak üzrə texniki pasport və ipoteka müqavilələrinin sayı açıqlanıb

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Yeddi ayda 207 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İkinci ixtisas qrupunda 500-600 bal arasında nəticə göstərən abituriyentlərin sayı açıqlanıb

“Araz-Naxçıvan” daha 2 futbolçu transfer edib

Naxçıvanın iqtisadi inkişafında yeni mərhələ: investisiyadan regional bağlantılara ŞƏRH

Ekoloq: Şəhər mühitində yaşıllıq sahələrinin artırılması vacibdir

Bakıda badminton üzrə beynəlxalq turnirə start verilib

Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Qazaxıstan XİN-ə təqdim edib

Günay Əfəndiyeva: Azərbaycan ilə Çini qədim tarix və mədəni irsə ehtiram birləşdirir

Rəssamlıq Akademiyası rəqəmsal transformasiya və yaradıcı sənayenin inkişafını prioritet elan edir

İnformasiya və rabitə xidmətləri 10,4 faiz artıb

Naxçıvan - Azərbaycanın regional siyasətində strateji dönüş nöqtəsi

Bakıda Çinin “İrs Keşikçisi” sənədli filminin təqdimatı olub VİDEO

Bakıda Çinin “İrs Keşikçisi” sənədli filminin təqdimatı olub VİDEO

Yeddi ayda nəqliyyat və anbar təsərrüfatı sahəsində 9,2 milyard manatlıq xidmət göstərilib

“Yalama” sərhəd komendantlığı xidməti istifadəyə verilib VİDEO

“Yalama” sərhəd komendantlığı xidməti istifadəyə verilib VİDEO

Naxçıvanda iqtisadi inkişafla yanaşı, şəhid ailələrinə dövlət qayğısı da xüsusi diqqət mərkəzindədir RƏY

Samir Əliyev: “Qarabağ” mərhələ adlayaraq öz işinin öhdəsindən gəldi

Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?

Van Lu: “İrs Keşikçisi” filminin Azərbaycan dilində təqdim olunması iki xalq arasında mədəni dialoqun gözəl nümunəsidir VİDEO

Van Lu: “İrs Keşikçisi” filminin Azərbaycan dilində təqdim olunması iki xalq arasında mədəni dialoqun gözəl nümunəsidir VİDEO

“CITIC Group” şirkətinin Bakıdakı süni intellekt hesablama platforması layihəsində iştirakı dəyərləndirilib

Türkiyə mediası: Antiterror əməliyyatları zonasından hərbi bazaların çıxarılması müzakirə mövzusu deyil

Prezident İlham Əliyevin Naxçıvana səfəri daha geniş siyasi və geostrateji məzmun daşıyır ŞƏRH

Səfir: Çin Radio və Televiziya Mərkəzi Azərbaycan mediasına bir sıra proqramlar təqdim edəcək VİDEO

Səfir: Çin Radio və Televiziya Mərkəzi Azərbaycan mediasına bir sıra proqramlar təqdim edəcək VİDEO

® “Trendyol” "CEV EuroVolley 2026 Women"in titul sponsorudur

“Mançester Siti” Enzo Fernandes üçün “Çelsi”yə 120 milyon avro təklif edib

İkinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

“Qarabağ”ın “Tvente” ilə səfər oyununa hakim təyinatları açıqlanıb

Ekspert: Azərbaycanda metal istehlakında artım 2035-ci ilədək davam edəcək

Abituriyent məsləhət mərkəzləri həftəsonu da fəaliyyət göstərəcək

Alim: Naxçıvanın qapıları açıldıqca onun qədim tarixini dünyaya daha yaxından tanıdacağıq

İkinci ixtisas qrupunda 16 min 30 plan yeri ayrılıb

Əliyar Ağayev Mahir Emrelinin çıxış etdiyi komandanın oyununa təyinat alıb

Naxçıvanın tarixi siması olan Möminə xatun türbəsi keçmişlə gələcək arasında möhkəm körpüdür - REPORTAJ VİDEO

Naxçıvanın tarixi siması olan Möminə xatun türbəsi keçmişlə gələcək arasında möhkəm körpüdür - REPORTAJ VİDEO

Nursu – Məmməd Arazın doğma yurdunda tarixlə gələcək qovuşur

Rəssam və şair Nazim Şahın “13-cü dua” adlı fərdi sərgisi açılıb

Lənkəranda sakinlərin su və kanalizasiya ilə bağlı müraciətləri dinlənilib