Ötən sutka ölkə ərazisində 3-ü azyaşlı olmaqla 22 nəfər xilas edilib
Bakı, 24 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 79 halda yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 3-ü azyaşlı olmaqla 22 nəfər, o cümlədən avtoqəzalar nəticəsində 3 nəfər xilas olunub. Yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib.
Həmçinin paytaxtın Yasamal rayonunda bir nəfərin cəsədi bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:10]
Səyyar "Asan xidmət"in növbəti ünvanı Tbilisidir
- 05.06.2026 [12:41]
“Bir uşağın sabahına işıq ol!” - XXII Ənənəvi Xeyriyyə Sərgisi
- 05.06.2026 [12:09]