“Öz qəhrəmanını tanıt” layihəsi çərçivəsində hazırlanmış videoçarxların təqdimat mərasimi olub
Bakı, 19 noyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən, Azərbaycan Memarlıq və İnşaat Universitetində “Öz qəhrəmanını tanıt” layihəsi çərçivəsində hazırlanmış videoçarxların təqdimat mərasimi keçirilib.
AZƏRTAC Azərbaycan Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, layihənin məqsədi Vətən müharibəsində iştirak etmiş gənclərin cəmiyyətə tanıdılması və gənclər arasında vətənpərvərlik ruhunun artırılması olub.