Özbəkistan Əfqanıstanda aeroportun yenidən qurulmasını həyata keçirəcək
Daşkənd, 17 noyabr, АZƏRTAC
Özbəkistan bu günlərdə Əfqanıstanın Məzari-Şərif şəhərindəki beynəlxalq hava limanının yenidən qurulmasını həyata keçirəcək.
AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, bu haqda Özbəkistan Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi İsmatulla Erqaşev “Taliban”ın və Bəlx əyalətinin hakimiyyət nümayəndələri ilə görüşündən sonra məlumat verib. O bildirib ki, müharibə dövründə sıradan çıxan avadanlıqların yenidən qurulması və bərpası üçün artıq 30 nəfərdən ibarət texniki qrup Əfqanıstana göndərilib. Bundan başqa Özbəkistan Məzari-Şərif hava limanının texniki heyəti üçün müasir standartlar səviyyəsində təlimlər də keçəcək.
İ.Erqaşev deyib ki, Özbəkistan Əfqanıstana bütün sahələrdə, o cümlədən infrastrukturun bərpasında kömək edir.
Görüşdə Transəfqan dəmir yolunun inşası və elektrik enerjisinin fasiləsiz təmin olunması məsələlərindən də danışılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]