Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Özbəkistan Yazıçılar İttifaqında “Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz” adlı konfrans keçirilib

Bakı, 11 iyun, AZƏRTAC

Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 11-də Özbəkistan Yazıçılar İttifaqında “Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz” adlı konfrans təşkil olunub.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə həmçinin böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə söz ustadının əsərlərinin özbək dilində iki cilddə külliyyatının təqdimatı keçirilib. İkicildlik Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında işıq üzü görüb.

Konfransda Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Özbəkistan Yazıçılar İttifaqının sədri Xalq şairi Siracəddin Səid və iki ölkənin tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.

Özbəkistan Yazıçılar İttifaqının sədri Siracəddin Səid ölkəsində keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin, eyni zamanda, ədəbi əlaqələrin inkişafına böyük töhfə olduğunu deyib.

Bildirilib ki, böyük Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığından bəhrələnən Əlişir Nəvai ümumtürk ədəbi fikrinin inkişafına təsir göstərib, xalqlarımız arasında ədəbi-mədəni körpü rolunu oynayıb.

S.Səid 100 cildlik “Türk ədəbiyyatının inciləri” antologiyasının ərsəyə gəlməsinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə minnətdarlığını bildirib.

Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov çıxış edərək Azərbaycan nümayəndə heyətini salamlayıb. Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əlaqələrin inkişafından məmnunluğunu bildirən nazir deyib ki, hər həftə ya Özbəkistanda, ya da Azərbaycanda iki qardaş xalqın ədəbiyyatı, mədəniyyəti və elmi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Hər bir tədbir xalqlarımızı daha da yaxınlaşdırır. O, ötən il Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin yüksək səviyyədə keçirildiyini deyib, Azərbaycan Mədəniyyəti Günlərinin də uğurla gerçəkləşəcəyini bildirib.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxışında konfrans iştirakçılarını salamlayaraq bildirib ki, mədəniyyət günləri tədbirlərinin ədəbiyyata dair konfransla başlanması təsadüfi deyil. Çünki Azərbaycan və Özbəkistan arasında mədəni münasibətlərin əsasında həm də Orta əsərlərdən üzü bəri davam edən ədəbi əlaqələr dayanır.

İki ölkə arasında mədəni əlaqələrin inkişafında dövlət başçılarımızın dostluğunun və qarşılıqlı etimada əsaslanan uğurlu siyasətinin mühüm rol oynadığını deyən nazir bu sahədə siyasətin davamlı olacağına əminliyini bildirib. Qeyd olunub ki, Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin inkişafında mühüm rol oynayır.

Məhəmməd Füzulinin külliyyatının özbək dilində nəşrini yüksək qiymətləndirən Adil Kərimli ikicildliyin dahi şairin Özbəkistanda daha yaxından tanınmasına vəsilə olacağını deyib.

Nazir 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Azərbaycan və Özbəkistan gənc yazarlarının iştirakı ilə “Məclisi-fəramuşan” ədəbi məclisinin bir uzun illərdən sonra bərpa olunmasını ölkələrimizin ədəbi əlaqələrinə yeni mühüm töhfə kimi qiymətləndirib.

Daha sonra konfransda ədəbiyyatşünas, professor Nurboy Cabbarov, Azərbaycan Milli Məclisinin deputatı akademik Nizami Cəfərov, şair, tərcüməçi Mirzo Kenjabek, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini Ruhəngiz Cümşüdlünün məruzələri dinlənilib.

Qeyd edilib ki, Əlişir Nəvai və Məhəmməd Füzuli təkcə iki xalqın deyil, ümumtürk ədəbi-mədəni fikrinin inkişafında da müstəsna rol oynayıblar.

Sonra məruzələr ətrafında çıxışlar olub.

Tədbirdə Azərbaycan incəsənət ustalarının iştirakı ilə ədəbi-musiqili kompozisiya təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

® Bakıda salınan yeni körpünün inşasında “STP Şirkətlər Qrupu” iştirak edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb

Monqolustan parlamenti yeni spiker seçib

Türkiyə Nazirlər Kabinetinin iclasında Prezident Ərdoğanın dörd ölkəyə səfərləri müzakirə ediləcək

Bakıdakı Rus evində Aytən Oqtayqızının və Nuranə Zeynalovanın müəllif konserti olub

Elmar Qasımov “Avropada yaşayan azərbaycanlı mühəndislərin forumu”nda iştirak edib

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

DİN: Ölkə ərazisində qeydə alınan 24 cinayətin üstü açılıb

Ağsu rayonunda təsərrüfatların 90 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

Hakimliyə namizədlər üçün test imtahanı keçiriləcək

“Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb

Ədliyyə naziri Qusar rayonunda vətəndaşları qəbul edəcək

Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib, qərarlar qəbul olunub

AQTA-nın sədr müavini: Zoonoz xəstəliklərə nəzarət hədəflərdən biri kimi müəyyənləşdirilib

Şəki sakinini ilan sancıb, vəziyyəti ağırdır

Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib YENİLƏNƏCƏK

Sabitliyin və asayişin keşiyində: Azərbaycan polisi 106 yaşını qeyd edir

QAİ: Tarixin arxivinə gömülmüş qanunsuz rejimin tör-töküntüləri Azərbaycana qarşı bir sıra gülünc açıqlamalar verir

"Journal of Petroleum Technology": Azərbaycan - sönməz odlar yurdu

Meksikada narkotik kartelinin toqquşması nəticəsində 20 nəfər ölüb

Şimali Koreya yeni tipli ballistik raketi sınaqdan keçirib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır

Niderland Hökuməti F-16 qırıcılarının Ukraynaya göndərilməsinə icazə verib

İspaniyadan Uruqvaya uçan təyyarə turbulentə düşüb, 30 nəfər xəsarət alıb

Türkiyə Nazirlər Kabinetində dəyişikliklər edilib

Avro-2024: Portuqaliya millisi 1/4 finala yüksəlib

Budapeştdə ilk qısametrajlı “Ortaq Türk” filminin nümayişi olub

Ali Məhkəmə Donad Trampı bəzi cinayət məsuliyyətindən azad edən qərar çıxarıb

Özbəkistanda illik inflyasiya 10,6 faizə qədər artıb

ABŞ-da bir ailənin 5 üzvü təyyarə qəzasında həlak olub

Blinken: Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb

Gədəbəyə dolu düşüb

Avro-2024: Fransa 1/4 final mərhələsinə vəsiqə qazanıb

Türkiyə Prezidenti siyasətçilərin ritorikasında populizm və ksenofobiyanı “zəiflik” adlandırıb

FHN: Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb VİDEO

Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə mina təhlükəsi ilə bağlı mübarizəyə başlayıb

Radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur BƏYANAT

Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Yeni Günəşlidə narkotik satışı ilə məşğul olan şəxsdən 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb VİDEO

ABŞ-da atışma zamanı 3 nəfər ölüb

Ankarada start götürən “Müharibə dövründə jurnalistika” təlimlərində AZƏRTAC-ın əməkdaşı da iştirak edir

Daxili İşlər Nazirliyi Şuşa “ASAN xidmət”də işə qəbulla bağlı müsabiqə elan edir

İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri - vebinar

Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib

Yasamalın Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası COP29 mövzusuna həsr edilib

COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq ŞƏRH

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

® Zəhərli ilan və həşəratların sancması zamanı təxirəsalınmaz tədbirlərlə bağlı metodiki vəsait

Sağlamlıq imkanları məhdud şəxsə avtomobil hədiyyə edilib

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular bəlli olub

Dövlət Sosial Müdafiə Fondu “Nebext” beynəlxalq təşkilatının xüsusi mükafatına layiq görülüb

ANAMA-nın İdarə Heyətinin sədri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Cənubi Koreyada doğumun azalması problemini həll etmək üçün nazirlik yaradılır

Pərviz Şahbazov Pakistanın neft naziri və “Saipem” şirkətinin baş icraçı direktoru ilə görüşüb

ABŞ mətbuatı Azərbaycanda dekolonizasiya mövzusunda keçirilmiş konfransdan yazıb

AZAL Füzuliyə təyyarə biletlərinin satışına başlayıb

Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb

Raket zərbəsinə məruz qalmış Odessa kilsəsi təmir edilir VİDEO

BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib

“Jerusalem Post”: Qərb Qafqazda sülhü təşviq etmək istəyirsə, Ermənistana təzyiq göstərməlidir

Son 10 gün ərzində Elm və Təhsil Nazirliyinə 21 mindən çox vətəndaş müraciət edib

Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir

Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər

Ankara Sosial Elmlər Universitetinin sosiokənd sisteminin BDU-da tətbiqi imkanları araşdırılır

Azərbaycan və İsrailin XİN rəhbərləri regionda və Qəzza ətrafındakı vəziyyəti müzakirə ediblər

® “Samsung” AI TV ilə yeni era başlayır - Daha canlı, daha həyəcanlı

Mədəniyyət naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

“Asiya uşaqları” Oyunlarının qalibi: Vətənə qızıl medalla qayıdacağıma inanırdım

UNEC-in “Gələcəyin tədqiqatçıları” qrant layihəsi yekunlaşıb

Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

Azərbaycan polisi: dövlətçiliyə sadiq, peşəkar və qətiyyətli

“Azərkosmos”un dəstəyi ilə ərsəyə gəlmiş film təqdim olunub

Tacikistan Milli Bankı ilə əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub

Ordubadın Tivi-Biləv kənd avtomobil yolunda yaranmış problem aradan qaldırılır VİDEO

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı Qəbələ və İsmayıllıda ictimai dinləmələr keçirilib

Həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinləri saxlanılıb

Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb

Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

ADA Universitetində “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilir  YENİLƏNİB VİDEO

Agentlik: Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri işdən azad edilib

Beynəlxalq Buker mükafatının ilk laureatı İsmayıl Kadare vəfat edib

Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib   YENİLƏNİB VİDEO

Paytaxtın Parlament və Atatürk prospektlərində təmir işləri yekunlaşmaq üzrədir VİDEO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağsuda vətəndaşları dinləyib

Azərbaycan güləş millisinin baş məşqçisi: Avropa çempionluğunu ənənəyə çevirmişik

Xəzər dənizinin şimal-şərq hissəsində suyun səviyyəsi artıb

“Dərələyəzim” əsəri Topkapı sarayında

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası olub

Astanada hava limanları və dəmir yolu stansiyaları gücləndirilmiş iş rejiminə keçib

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda arxeoloji qazıntı işlərinə başlanılıb

Okeanın dərinliklərində heyrətamiz hidrotermal mühit kəşf edilib

COP29 Azərbaycan üzrə baş icraçı direktor: Artıq qlobal iqlim danışıqlarının faktiki liderliyi bizim ölkəmizdədir

Finlandiya parlamenti ABŞ-la müdafiə sazişini yekdilliklə təsdiqləyib

Nigeriyada terror aktları nəticəsində azı 18 nəfər həlak olub

İKTA sədri: Agentlik qısa müddətdə 5 elektron xidmət istifadəyə verib