Özbəkistanda yaşamış tanınmış şair, soydaşımız İxtiyar Rzanın xatirə gecəsi keçirilmişdir
Daşkənd, 18 noyabr (AZƏRTAC). Daşkənddəki Respublika Azərbaycan Mədəniyyət Mərkəzi “Xosiyat” sarayında Özbəkistanda yaşamış tanınmış şair, soydaşımız İxtiyar Rzanın xatirə gecəsini keçirmişdir.
Mərasimə Özbəkistanın ədəbiyyat və mədəniyyət xadimləri, şair və yazıçılar, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, şairin ailə üzvləri, dostları iştirak etmişlər.
Tədbir şair İxtiyar Rza haqqında çəkilmiş sənədli filmlə başlamışdır.
Azərbaycan diasporunun fəalı, uzun illər Özbəkistan radiosunun diktoru işləmiş Şövkət Əliyeva İxtiyar Rza yaradıcılığı haqqında danışmış, onun şeirlərini oxumuşdur. Şair fəxr edir ki, iki Vətəni var, birincisi doğulub boya-başa çatdığı Azərbaycan, ikincisi isə şöhrət sahibi olduğu Özbəkistan.
Çıxış edənlər bildirmişlər ki, İxtiyar Rza Özbəkistanın sayılıb-seçilən şairlərindən biri olmuşdur. Qeyd olunmuşdur ki, şairin ilk şeirlər kitabı 1979-cu ildə Daşkənddə çap edilmişdir. İxtiyar Rza, Çulpan, Mirtemir, Maqsud Şeyxzadə kimi tanınmış şairlərin ədəbi ənənələrini davam etdirmiş, əsərlərində Vətənə və anaya sevgisini, məhəbbətini tərənnüm etmiş, özünəməxsus üslubda əsərlər yaratmışdır.
İxtiyar Rza “Əfsanələr çin ikən” (1983), “O sənsən, mənimsən” (1987), “Bəyaz” (1989), həmçinin Qanadlı, qanadsız quşlar”, “Ağılar” və digər kitabların müəllifidir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]
Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]