Özbəkistanlı tələbələr Ədəbiyyat Muzeyinin qonağı olublar
Bakı, 17 iyul, AZƏRTAC
Mədəniyyət Nazirliyinin və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə reallaşan “Azərbaycan mədəniyyətinin yay məktəbi” layihəsi çərçivəsində bir qrup özbək tələbə ölkəmizdə səfərdədir.
Özbəkistanlı gənclər Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olublar.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tələbələrlə görüşən muzeyin direktoru akademik Rafael Hüseynov onlara Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrindən söz açıb, gəncləri maraqlandıran sualları cavablandırıb.
Qonaqlara Ədəbiyyat Muzeyinin nəşrləri hədiyyə edilib.