PAKİSTAN PREZİDENTİ CƏNUBİ ASİYADA NÜVƏ SİLAHLARININ YIĞIŞDIRILMASINA TƏRƏFDARDIR
Pakistan prezidenti general Pərviz Müşərrəf Cənubi Asiyada nüvə silahlarının yığışdırılmasına tərəfdar olduğunu bildirmişdir. Prezident onun Səudiyyə Ərəbistanına səfərini işıqlandıran jurnalistlərə bildirmişdir ki, İslamabad və Dehli “subkontinenti nüvə silahından azad etməlidirlər”. Dövlət başçısı adi silahlarda Pakistanın Hindistanla paritet əldə etməli olduğunu da bildirmişdir.
İTAR-TASS-ın verdiyi xəbərə görə, Müşərrəfin fikrincə, Kəşmir problemini nizama salmadan Pakistan-Hindistan münasibətlərində tam normal vəziyyət yaratmaq qeyri-mümkündür. General Ciddədə mətbuat konfransında demişdir ki, İslamabad Hindistanla müharibəyə yol verməməyə çalışır və Dehlini münaqişənin əsas mənbəyi olan Kəşmir probleminin həllinə “ciddi və məsuliyyətlə” yanaşmağa çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]