PAKİSTAN PREZİDENTİ PƏRVİZ MÜŞƏRRƏF İSTEFA VERİR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, Pakistan Prezidenti Pərviz Müşərrəf istefaya gedəcəyini elan etmişdir. Müşərrəf bunu yerli və beynəlxalq informasiya telekanalları ilə həmvətənlərinə yayımlanan müraciəti zamanı bildirmişdir.
O demişdir ki, hakim koalisiya ona qarşı saxta ittihamlar irəli sürür və etimadsızlıq kampaniyasına başlamaq niyyətindədir. Prezident vurğulamışdır ki, ötən 8 il ərzində iqtisadiyyatda, maliyyə sistemində, energetikada qorxulu vəziyyət yaranmamışdır. Əfqanıstanla sərhəddə vəziyyət narahatlıq doğurur. Burada taliblərin tərəfdarları xeyli fəallaşmışlar və terrorizm təhlükəsi qorxulu miqyas alır.
Ölkədaxili vəziyyətə toxunan Müşərrəf milli barışığa və siyasi düşmənçiliyə son qoyulmasına səy göstərdiyini bildirmişdir.
Müşərəf vurğulamışdır ki, təəssüf ki, bu səylər heç bir səmərə verməmişdir. O, milli barışığa deyil, qarşıdurmaya can atan hakim koalisiyanın liderlərini təqsirləndirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]