Pakistanda hərbi bazaya hücum edən 4 terrorçu məhv edilib
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Pakistanın PTV dövlət telekanalının verdiyi məlumata görə, bu ölkənin təhlükəsizlik qüvvələri Şimali Vəziristanın Mir Əli rayonunda hərbi bazaya hücum edən dörd terrorçunu məhv edib.
AZƏRTAC telekanalın saytına istinadla xəbər verir ki, mənbələrin bildirdiyinə görə, Mir Əlidə terrorçular partlayıcı ilə yüklənmiş avtomobili təhlükəsizlik qüvvələrinin düşərgəsinin divarına çırpıb, sonra daha üç silahlı şəxs hərbi bazaya girməyə cəhd edib.
Məlumatda qeyd olunub: “Təhlükəsizlik qüvvələrinin vaxtında və cəsarətli tədbirləri nəticəsində 3 terrorçu düşərgədən kənarda öldürülüb. Hadisə zamanı təhlükəsizlik qüvvələri itki verməyib. Təkcə son iki gündə Əfqanıstanla sərhəd rayonlarında Taliban hökumətinin dəstəklədiyi 88 terrorçu məhv edilib”.
Qeyd edilib ki, hadisə Pakistan ordusunun Şimali Vəziristan, Cənubi Vəziristan və Bannu rayonlarında son üç gün ərzində həyata keçirdiyi çoxsaylı əməliyyatlar zamanı “Hindistan tərəfindən dəstəklənən” 34 terrorçunun məhv edilməsindən bir gün sonra baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]
Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb
- 10.08.2026 [12:49]
Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb
- 10.08.2026 [11:59]
Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB
- 10.08.2026 [11:40]
Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]