Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pambıqçılıq təsərrüfatlarında aparılan təcrübə nəticəsində hektara 80 sentnerədək məhsuldarlıq əldə olunub

Bakı, 18 oktyabr, AZƏRTAC

“Pambıq, buğda və çəltik istehsalında ağıllı kənd təsərrüfatı üzrə beynəlxalq təcrübələrin genişləndirilməsi”nə dair layihənin müzakirəsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) birgə seminarı keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, seminarda kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, nazirliyin məsul şəxsləri, AEBA-nın eksperti Mohammad Zaman, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) əməkdaşları, pambıq əkini ilə məşğul olan rayonların dövlət aqrar inkişaf mərkəzlərinin və pambıq şirkətlərinin rəhbərləri iştirak edib.

Nazir müavini Elçin Zeynalov bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi ilə AEBA arasında sıx əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edir.

Qeyd olunub ki, 2018-2019-cu illərdə nüvə texnologiyalarının tətbiqi ilə pambığın məhsuldarlığının artırılması istiqamətində “Xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq xətlərinin yaradılması”na dair birinci layihə üzrə xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq xətləri yaradılıb və həmin xətlər hazırda yeni pambıq sortlarının yaradılması üzrə seleksiya proqramlarına daxil edilib.

2022-2025-ci illəri əhatə edən “Azərbaycanda pambıq istehsalı üzrə Torpaq, qida maddələri və su ilə bağlı Ağıllı Kənd Təsərrüfatı təcrübələrinin genişləndirilməsi” üzrə ikinci layihənin məqsədi qlobal istiləşmə şəraitində Azərbaycanda pambıq istehsalının genişləndirilməsi üçün iqlim əsaslı ağıllı kənd təsərrüfatı təcrübələrinin inkişaf etdirilməsi və yayılmasıdır.

Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov bildirib ki, hər iki layihə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təcrübə sahələrində və “P-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin fermer təsərrüfatlarında həyata keçirilib.

“Xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq xətlərinin yaradılması” layihəsi başa çatıb və nəticədə 4 il sonra (M1, M2, M3, M4) quraqlığa və şoranlığa davamlı mutant xətlər alınıb. Layihə çərçivəsində kadr hazırlığı məsələsinə də diqqət edilib, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun 6 mütəxəssisi Türkiyə Cümhuriyyətinin Ankara şəhərində yerləşən Türkiyə Atom Enerjisi Qurumunun Sarayköy Nüvə Araşdırma və Təhsil Mərkəzinə, Aydın Böyükşəhər Bələdiyyəsinin Nazilli yaşayış məntəqəsinin ərazisində yerləşən Pambıq Araşdırma İnstitutunda təlim keçib.

“Azərbaycanda pambıq istehsalı üzrə Torpaq, qida maddələri və su ilə bağlı Ağıllı Kənd Təsərrüfatı təcrübələrinin genişləndirilməsi” layihəsi üzrə Pakistandan gətirilmiş 7 pambıq sortunun toxumlarından istifadə nəticəsində hər hektarın məhsuldarlığı 3 tondan 8 tona çatdırılıb. Sortlar arasında “Cotton Super” sortu ən yüksək məhsuldarlıq göstəriciləri ilə digərlərindən fərqlənib.

Layihə çərçivəsində Pakistanın Faysalabad və İslamabad şəhərlərində “Asiyada torpağın münbitliyini yaxşılaşdırmaq, şoranlıqla mübarizə aparmaq, qida maddələri və sudan istifadə səmərəliliyini artırmaq və əsas kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq üçün iqlim əsaslı ağıllı kənd təsərrüfatı” mövzusunda keçirilən təlimdə Azərbaycanın nümayəndə heyəti iştirak edib.

Tədbirdə çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev göstərilən dövlət dəstəyi və ardıcıl həyata keçirilən tədbirlər nəticəsində pambıqçılıq sahəsində inkişaf tempinin davam etdiyini və AEBA-nın maliyyə dəstəyi ilə həyata keçirilən layihələrin əlverişsiz mühit amillərinə qarşı davamlı pambıq sortlarının yaradılmasında əhəmiyyətindən söz açıb. Qeyd edib ki, hər iki layihə çərçivəsində Bitki mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu üçün laboratoriya avadanlıqları və kimyəvi maddələr alınaraq təhvil verilib.

Tədbirdə çıxış edən layihə tədqiqatçısı Səxavət Məmmədov bu təcrübələrin həm də buğda bitkisi üzrə tətbiq edilməsi istiqamətində işlərin aparıldığını və ilkin olaraq müsbət nəticələrin əldə edildiyini bildirib. İqlimə uyğun buğda istehsalı AEBA tərəfindən hazırlanmış “ağıllı kənd” təsərrüfatı təcrübələri əsasında bu il respublikanın 3 rayonunun (Şəki, Beyləqan və Bərdə) fermer təsərrüfatlarında 3 variantda (ağıllı kənd təsərrüfatı, ən yaxşı regional və fermer təcrübəsi) nümayiş əkinləri aparılıb və ən yüksək məhsuldarlıq Beyləqan (80 sentner/ha) və Bərdə (78 sentner/ha) rayonlarında əldə edilib.

Kənd təsərrüfatında ağıllı nüvə və izotop sistemlərinin tətbiqi haqqında məlumat verən AEBA-nın eksperti Mohammad Zaman bu texnologiyaların insanların sağlamlığına mənfi təsir etmədiyini, həyata keçirilən sahələr üzrə prosesləri daha dəqiq məlumatlarla təmin etməyə imkan verdiyini, öz növbəsində dəqiq məlumatlar əsasında tətbiq edilmiş strategiyanın məhsuldarlıqda 60 faiz artıma səbəb olduğunu bildirib.

Tədbir müzakirələrlə davam etdirilib, AEBA-nın eksperti fermer və şirkət rəhbərlərini maraqlandıran sualları cavablandırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kubanıçbek Ömüraliyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib