PARİSDƏ GƏNC İSTEDADLARIMIZIN KONSERTİ
Fransa senatının sədri Kristian Ponselenin və Fransa-Azərbaycan dostluq qrupunun fəxri sədri, keçmiş senator Jan Buayenin təşəbbüsü ilə Parisdəki Luksemburq sarayının “Boffran” salonunda respublikamızın gənc musiqiçilərinin konserti olmuşdur. Konsertin birinci hissəsində Fransa Ali Musiqi Akademiyasının asipirantı, fransız musiqisevərlərinin artıq yaxşı tanıdıqları pianoçu Murad Hüseynov çıxış etmişdir. İkinci hissədə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin pianoçusu Tamilla Quliyeva və iyun ayında gənc ifaçıların Moskvada keçiriləcək P.İ.Çaykovski adına beynəlxalq müsabiqədə ölkəmizi təmsil edəcək Bakı Musiqi Akademiyasının dördüncü kurs tələbəsi skripkaçı Anar İbrahimov onu müşayiət etmişlər.
Onların ifasında Azərbaycan, Rusiya və Avropa bəstəkarlarının əsərlərindən parçalar səslənmişdir. Gənc istedadların hər çıxışı sürəkli alqışlarla qarşılanmışdır. Azərbaycan musiqiçiləri məşhur fransız bəstəkarı H.Berliozun anadan olmasının 200 illiyi münasibətilə gələn il keçiriləcək ənənəvi festivala dəvət almışlar.
Konsertdə Fransanın diplomatik nümayədələri, senatın və Milli Məclisin üzvləri, Azərbaycan səfirliyinin əməkdaşları iştirak etmişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]
Kətanda əbədiləşən Azərbaycan sevgisi
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]