PARİSDƏ MİLLİ BAYRAMLA ƏLAQƏDAR HƏRBİ PARAD KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransanın milli bayramı - Bastiliya qalasının alınması münasibətilə iyulun 14-də Parisdəki məşhur Yelisey xiyabanında hərbi parad keçirilmişdir. Paradı Birləşmiş Millətlər Təşkilatının bayrağı altında müxtəlif ölkələrdəki sulhməramlı qüvvələrin tərkibindəki fransız silahlı birləşmələrinin nümayəndələri - mavi dəbilqəlilər açmışlar.
Paradda müxtəlif qoşun növləri - dəniz və hava qüvvələri, piyadalar, zirehli texnika, süvari birləşmələri, jandarmlar və digərləri iştirak etmişlər.
Təyyarədən atılmış paraşütçülər dövlət rəsmiləri və qonaqlar üçün quraşdırılmış tribunanın yerləşdiyi Razılıq meydanına enmişdir. Paradda 4000 min hərbçi iştirak etmişdir.
Suriyanın Prezidentinin bayram tədbirində iştirakına etiraz əlaməti olaraq Fransanın keçmiş prezidenti Jak Şirak bayram tədbiri ilə əlaqədar ona edilmiş dəvətdən imtina etmişdir.
Mərkəzi ofisi Parisdə yerləşən Sərhədsiz Reportyorlar Təşkilatının Suriya Prezidenti Bəşər əl-Əssədin bayram tədbirinə qatılması ilə əlaqədar tribunanın qarşısında etiraz nümayişi keçirmək cəhdi baş tutmamışdır. Polis nümayişçiləri dağıtmış, onun sədrini və daha yeddi nəfəri tutub saxlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]