PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİNİN SANKT-PETERBURQA SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Xəbər verildiyi kimi, Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda keçirilmiş Cənubi Qafqaz ölkələri Ali qanunvericilik orqanları rəhbərləinin görüşündə iştirak etmişdir.
İyulun 16-da nümayəndə heyəti Vətənə qayıtmışdır. Binə hava limanında Milli Məclisin sədrini parlament sədrinin birinci müavini Arif Rəhimzadə, sədr müavinləri Ziyafət Əsgərov, Gövhər Baxşəliyeva və digər rəsmi şəxslər qarşılamışlar.