PARLAMENT XƏBƏRLƏRİ
Milli Məclisin deputatları Gültəkin Hacıyeva və Rəfael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Hüquqi Məsələlər və insan Hüquqları Komitəsinin martın 3-4-də Parisdə keçiriləcək iclasında iştirak edəcəklər.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda Azərbaycanda məhbusların vəziyyəti, Çeçenistanda insan hüquqlarının qorunması, demokratik cəmiyyətdə prokurorluğun rolu, İnsan Hüquqları Haqqında Avropa Konvensiyasının tətbiq edilmədiyi ərazilər barədə məsələlər müzakirə ediləcək, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hakimlərinin seçilməsi haqqında fikir mübadiləsi aparılacaqdır.
X x x
Milli Məclisin deputatı Əli Abbasov Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, Elm və Təhsil Komitəsinin iclasında iştirak etmək üçün martın 4-dən 6-dək Parisdə səfərdə olacaqdır.
Komitənin iclasında Cənubi Qafqazda mədəniyyətin vəziyyəti, bu sahənin çoxşaxəli inkişafı məsələləri müzakirə olunacaqdır.
X x x
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov və deputat Asim Mollazadə Avropa Şurası Parlament Assambleyasının Siyasi İşlər Komitəsinin martın 5-6-da Parisdə keçiriləcək iclasında iştirak edəcəklər.
Komitənin iclasında təşkilatın Dağlıq Qarabağ üzrə məruzəçisi Terri Devisin ATƏT-in Minsk qrupu həmsədrləri ilə son görüşləri barədə məlumatı dinləniləcək, Çeçenistan münaqişəsi, milli azlıqların hüquqlarının qorunması və İraqla bağlı məsələlər müzakirə olunacaqdır.
Avropa Şurası Parlament Assambleyasının komitələrində müzakirəyə çıxarılacaq məsələlərlə əlaqədar deputatlar çıxış edəcək, rəy və təkliflərini bildirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [13:32]
XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 15.06.2026 [12:56]
Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir
- 15.06.2026 [11:24]
Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [20:00]