ELM VƏ TƏHSİL
Paytaxt məktəbliləri üçün Ay missiyasının simulyasiyası reallaşdırılıb
![](/files/galleryphoto/2023/3/1200x630/1697192318469565389_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16971923183158253846_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16971923184258243946_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16971923183029352633_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16971923181919448843_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16971923183895514490_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1697192318110408880_1200x630.jpg)
Bakı, 13 oktyabr, AZƏRTAC
Ümumdünya Kosmos Həftəsi çərçivəsində “Azərkosmos”un təşkilatçılığı ilə Kosmik Nəsil Məşvərət Şurası və Beynəlxalq Astronavtika Federasiyasının müvafiq qruplarının üzvü Alina Vizireanu ilə birgə 27 nömrəli məktəbdə ustad dərsi keçirilib.
“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, ustad dərsi zamanı məktəblilərə kosmosun müxtəlif aspektləri, texnologiya və kosmosun tədqiqinin gələcəyi haqqında geniş məlumat verilib. Tədbir iştirakçılarının hazırladıqları “Kosmos mənim üçün nə deməkdir?” mövzusunu əks etdirən rəsmlər isə tədbirin ən yaddaqalan anlarından birinə çevrilib.
Bundan əlavə, 83 nömrəli məktəb-liseydə təşkil olunmuş Ay missiyasının simulyasiyası uğurla başa çatıb. Simulyasiyada iştirak edən məktəblilər Aya virtual səyahətləri boyunca müstəsna komanda işi və problem həlletmə bacarıqlarını nümayiş etdirərək müxtəlif tapşırıqları yerinə yetiriblər.
Kosmosun tədqiqi ilə bağlı çətinliklər və imkanları əhatə edən hər iki tədbir şagirdlər üçün bilik mübadiləsinə çevrilib.