MƏDƏNİYYƏT
Paytaxtımızın kitabxanaları Konstitusiya Gününə hazırlaşır
Bakı, 8 noyabr (AZƏRTAC). Noyabrın 11-12-də Bakı şəhəri rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərində (MKS) 12 noyabr - Konstitusiya Günü münasibətilə tədbirlər keçiriləcəkdir.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, bu əlamətdar gün münasibətilə Nəsimi, Səbail, Yasamal, Nərimanov, Sabunçu, Suraxanı, Binəqədi, Qaradağ, Xətai, Nizami, Xəzər rayonlarının kitabxanalarında “Konstitusiya Günü”, “Ən ali, hüquqi qüvvə”, “Dövlətimizin qanuni aktı”, “Mənim hüquq və vəzifələrim”, “Hüquqlarımızı tanıyaq”, “Qanunlarımızı qoruyaq” və digər mövzularda sərgi, söhbət, məruzələr “dəyirmi masa”lar keçiriləcəkdir.