Penitensiar Xidmətdə məhkumların valideynləri və ailə üzvləri ilə növbəti görüş olmuşdur
Bakı, 21 noyabr (AZƏRTAC). Penitensiar Xidmətin rəhbər şəxsləri ilə məhkumların valideynləri, ailə üzvləri və yaxın qohumları arasında görüş keçirilmişdir.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Penitensiar Xidmətin rəis müavinləri ədliyyə general-mayoru Hüseyn Əlixanov və ədliyyə polkovniki Nizaməddin Cəlilov müraciət edən məhkumların ailə üzvləri və yaxın qohumları ilə görüşmüş, onların müraciət və şikayətlərinin əksəriyyəti yerində həll olunmuşdur. Eləcə də həmin şəxsləri narahat edən problemlər, maraqlandıran suallar, hüquqi prosedurlar barədə geniş izahat verilmişdir.
Müraciətlər əsasən əfv olunma, vaxtından əvvəl şərti azadetmə, məntəqə tipli cəzaçəkmə müəssisəsinə və başqa cəzaçəkmə müəssisələrinə keçirilmə, məhkumların səhhəti ilə bağlı cəzadan azad olunması və digər məsələləri əhatə etmişdir.
Məhkumların və təqsirləndirilən şəxslərin saxlanma şəraiti ilə bağlı və xidmət əməkdaşlarının hər hansı hərəkətləri barədə şikayətlər daxil olmamışdır.
Təqdim olunmuş müraciətlər qeydə alınmış və nəzarətə götürülərək icra üçün müvafiq xidmət sahələrinə yönəldilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [21:31]