PEŞƏ ÖYRƏNƏN GƏNCLƏRƏ SERTİFİKATLAR VERİLMİŞDİR
Gəncə, 14 oktyabr (AZƏRTAC). Gəncədə Gənclərin Məşğulluq Resurs Mərkəzinin peşə-sənət kurslarını uğurla bitirən məzunlara sertifikatlar verilməsi və mərkəzin 9 aylıq fəaliyyəti ilə bağlı yığıncaq keçirilmişdir.
Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən tədbirdə əvvəlcə mərkəzin fəaliyyətindən bəhs edən sənədli film nümayış etdirilmişdir. Sonra Avropa Komissiyasının nümayəndəsi Jan Luis Lavrov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Rüstəm Abdullayev, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Ruslan Qardaşov çıxış edərək “Gələcəyə körpü” Gənclər İctimai Birliyinin həyata keçirdiyi layihənin əhəmiyyətindən danışmışlar.
Sonra biznes strukturlarının, ali təhsil müəssisələrinin, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək gənclərə peşə yönümü istiqamətində yardımçı olan bu layihəyə münasibətlərini bildirmiş və layihənin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulamışlar.
Gənclərin Məşğulluq Resurs Mərkəzinin peşə-sənət kurslarını bitirən 100 nəfərədək məzuna sertifikatlar təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [15:45]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
- 17.10.2026 [12:21]
Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb
- 17.10.2026 [10:30]
Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]