Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib
Bakı, 16 mart, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında efirə çıxan “Dərs vaxtı” proqramı martın 16-na olan cədvələ uyğun yayımlanıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, proqramda bərbər-vizajist-manikürçü, turizm təşkilatçısı, avtomatika üzrə usta, geyim üzrə dizayner, kompüter operatoru, dizayner, bitkiçilik mütəxəssisi, quru inşaat ustası, xarici dildə ünsiyyət, estetika və mədəni özünümüdafiə ixtisasları üzrə dərslər təqdim olunub.
Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından izləyə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:22]
Dövlət qulluğunda daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
- 10.06.2026 [11:38]
Tələbələr Polimer Materialları İnstitutunda təcrübə keçirlər
- 10.06.2026 [11:27]
Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir
- 10.06.2026 [10:51]