PİYADA HADİSƏ YERİNDƏ ÖLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Zabrat qəsəbəsi ərazisində ağır yol-nəqliyyat qəzası baş vermişdir. Kürdəxanı qəsəbəsinin sakini Əlirza Məmmədhəsənov “VAZ-2108” markalı avtomaşınla 1-ci Zabrat qəsəbəsinin sakini Qabil Kazımovu vurmuşdur. Nəticədə Q.Kazımov hadisə yerində ölmüşdür.
Faktla bağlı cinayət işi açılmışdır, təhqiqat aparılır.