Polis əməkdaşları sakinlərə tibbi maska təqdim ediblər
Bakı, 12 may, AZƏRTAC
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayonun inzibati və idarəetmə orqanlarının, sakinlərinin sıx məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsindəki yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığı nəzərə alaraq polis əməkdaşları bu ərazilərə xüsusi olaraq nəzarət edir. Həmçinin dayanacaqlarda, marşrut avtobuslarında maska taxmadan əyləşən sərnişinlərə, eləcə də piyada hərəkət edən sakinlərə tibbi maska təqdim olunub, sosial məsafənin qorunması tövsiyə edilib.