Polis Qaxda qanvermə aksiyasında iştirak edib
Qax, 5 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunda könüllü qanvermə aksiyası keçirilib. Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən aksiyada yerli idarə, müəssisə və təşkilatların kollektivləri ilə yanaşı, Polis Şöbəsinin əməkdaşları da fəal iştirak ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı aksiyadan əvvəl yoxlanılıb. Müayinə nəticəsində səhhəti imkan verən şəxslərdən qan götürülüb.
Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.