DÜNYA
Polşa hava sərhədlərini bağlı saxlayacaq
Varşava, 11 may, AZƏRTAC
Polşa hava sərhədlərini bağlı saxlamaqda davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə qərarı ölkənin Baş Naziri Mateuş Moravetski imzalayıb. Qərara əsasən, ölkənin sərhədləri mayın 23-dək bağlı qalacaq.
Qadağa həm daxili, həm da xarici uçuşlara şamil olunub. Yalnız martın 15-dək alınmış biletlər, həmçinin 15 nəfərlik şəxsi təyyarələrin uçuşuna icazə verilib. Habelə, ölkələrin öz vətəndaşlarını daşımaq üçün Polşaya göndərdikləri çarter reysləri də uça biləcəklər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava