Polşa yazıçısı Buker mükafatına layiq görüldü
Bakı, 23 may, AZƏRTAC
Polşa yazıçısı və şairi Olqa Tokarçuk 2018-ci ilin Beynəlxalq Buker Mükafatına layiq görülüb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Olqa Tokarçuk müsabiqədə “Flights” (“Uçuşlar”) romanı ilə iştirak edib.
Buker mükafatı (Man Booker Prize for Fiction) 1968-ci ildə Buker-Makkonnel tərəfindən təsis olunub və iki ildən bir verilib. 2016-cı ildən mükafat hər il təqdim olunur.
Bu və ya digər dildə yazılan, ingilis dilinə tərcümə edilərək Böyük Britaniyada nəşr etdirilən konkret romana və ya hekayələr toplusuna görə verilən mükafatın məbləği 50 min funt-sterlinqdir. Bu məbləğ əsərin müəllifi və tərcüməçisi arasında bölünür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]