Praqa miqrasiya sisteminin təkmilləşdirilməsi tərəfdarıdır
Praqa, 23 may, AZƏRTAC
Qaçqınlar məsələsi Avropa üçün kəskin problem olaraq qalmaqdadır. Bu səbəbdən miqrasiya sistemi islahatlarını başa çatdırmaq lazımdır. Çexiyanın Baş naziri Andrey Babiş və onun fin həmkarı Yuha Sipilya Helsinkidə keçirilən görüş zamanı bu qənaətə gəliblər.
AZƏRTAC-ın məlumatına görə, görüşün nəticələrinə həsr olunan mətbuat konfransında Andrey Babiş qeyd edib ki, Çexiya qaçqınların paylanılması üzrə kvota sisteminə qarşı çıxış etsə də, Avropaya gələn miqrantların ölkələrinə yardım göstərməyə hazırdır.
Tərəflər Avropa İttifaqında rəqəmsal bazarın genişləndirilməsi və Vışeqrad dördlüyü, Skandinaviya və Baltik ölkələrinin birgə sammitinə hazırlıq məsələlərini müzakirə ediblər. Çexiyanın Baş naziri Andrey Babiş və bu ölkənin Finlandiyada səfiri, həmçinin bildiriblər ki, bu ilin aprelindən Helsinkidə fəaliyyətə başlamış Hibrid Təhlükələri ilə Mübarizə Mərkəzinin işində Çexiya iştirak edəcək.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]