Praqada Çexoslovakiyanın 100 illiyi qeyd olunur
Praqa, 8 may, AZƏRTAC
Müstəqil Çexoslovakiyanın yaradılmasının 100 illiyi münasibətilə Çexiyanın paytaxtında iki sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, qədim “Praqa Qrad Maneji”ndə Çexoslovakiyanın ilk təyyarəsi, Vladimir Remekin kosmosa uçduğu skafandr, Yan Kubişin “Antropoid” əməliyyatı zamanı ataraq, Bohemiya və Moraviya imperiya protektorunun müavini R.Heyndrixi ölümcül yaraladığı qumbara, habelə Çexoslovakiyanın ilk Prezidenti T.Masarikin ailəsinin yemək servizi sərgilənir.
Çexiya Respublikası Elmlər Akademiyasında ilk dəfə olaraq “Vaşinqton Bəyannaməsi” adlı sənədin ilk layihəsinin orijinalı nümayiş etdirilir. Bu qiymətli sənədi günəş şüalarının təsirindən qorumaq üçün beş gündən sonra onun surəti ilə əvəz edəcəklər. Adıçəkilən sənədi 1918-ci ildə Çexoslovakiyanın gələcək Prezidenti T.Masarik yazıb. “Vaşinqton Bəyannaməsi”ndə Çexiya və Slovakiya xalqlarının müstəqil dövlət yaratmaq hüququ təsbit olunub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:40]
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]
ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb
- 10.06.2026 [12:10]
Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır
- 10.06.2026 [12:09]
Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir
- 10.06.2026 [12:06]
Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü
- 10.06.2026 [12:02]