Prezident Ərdoğan: Türkiyə terror təşkilatları ilə mübarizədə qətiyyətini dəyişməyəcək
Ankara, 21 noyabr, AZƏRTAC
F-16-ların Türkiyəyə tədarükünü müzakirə etdik və bu məsələdə onlardan mənfi yanaşma görmədim. Əfqanıstan, Suriya, Liviya və şərqi Aralıq dənizi məsələlərinin müzakirəsi ilə yanaşı, iqtisadi əməkdaşlıq sahəsində də əlaqələrin geniş şəkildə davam etməsini qərara aldıq.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada keçirilən G20 (Böyük İyirmilik) Sammitindən Ankaraya dönərkən təyyarədə jurnalistlərə ABŞ Prezidenti Co Bayden ilə keçirdiyi görüşün nəticələrindən danışarkən bildirib.
Türkiyənin terrorçuluqla apardığı mübarizədə qətiyyətini dəyişməyəcəyini ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Əgər qarşımızda bir terror təşkilatı olan PKK/PYD/YPG varsa, nə tələb olunursa biz onu edəcəyik. Burada güzəşt etmərik”.
Gündəmdəki digər məsələlərə də toxunan Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə bu ilin sonunadək koronavirusa qarşı vaksin istehsalına başlayacaq və onu dünya ilə bölüşəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]