PREZİDENT FƏRMANINDA İRƏLİ SÜRÜLMÜŞ VƏZİFƏLƏR İQTİSADÇI ALİMLƏRİN DİQQƏT MƏRKƏZİNDƏDİR
İnstitutdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, direktor, MEA-nın müxbir üzvü Şahbaz Muradov çıxış edərək, görkəmli dövlət xadimi Heydər Əliyev siyasətinin davam etdirilməsinə dəyərli töhfə olan bu Fərmanın əhəmiyyətindən danışmış, qarşıya qoyulan vəzifələri diqqətə çatdırmışdır. Bildirmişdir ki, Fərmanda maliyyə intizamının gücləndirilməsinə, regionların inkişafına xüsusi diqqət verilmişdir.
Akademik Asəf Nadirov əsl dövlət proqramı olan bu sənədin ölkənin hərtərəfli tərəqqisinə, xüsusilə qeyri-neft sektorunun inkişafına böyük təkan verəcəyini bildirmişdir.
Çıxış edən digər alimlər də Fərmanın mahiyyətindən söhbət açmış, onun ölkəmizdə sahibkarlığın, ekologiyanın, turizmin və digər sahələrin inkişafına, əhalinin sosial rifahının yüksəlməsinə geniş imkanlar açacağına əmin olduqlarını vurğulamışlar.
Toplantıda Azərbaycan Prezidentinə müraciət qəbul edilmişdir.