Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev - Mədəniyyətimizin inkişafını təmin edən Lider

Prezident İlham Əliyev - Mədəniyyətimizin inkişafını təmin edən Lider

Bakı, 6 noyabr, AZƏRTAC

“Heydər Əliyev İli” bir çox yubileylər, önəmli tarixi hadisələrlə əlamətdardır. Cari ildə Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin demokratik seçki yolu ilə xalqımızın mütləq səs çoxluğunu toplayaraq birinci müddətdə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 ili də tamam oldu.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudova söyləyib. C.Mahmudova vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev öz siyasi karyerasının ən böyük qələbəsini 44 günlük Vətən müharibəsi ilə qazandı. Dünya hərb tarixinə nümunə olacaq döyüş taktikası, uzaqgörən, düşünülmüş və qətiyyətli siyasi addımlarla böyük Qarabağ Zəfərini qazanan İlham Əliyev bununla Azərbaycan tarixinin son 200 ilinin üzərindəki qara pərdəni götürməyə, ölkəmizin ərazi bütövlüyünü tam təmin etməyə nail oldu.

Professor qeyd edib ki, Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi zaman ilk qərarlarından biri Azərbaycan klassiklərinin əsərlərinin latın qrafikası ilə çap edilməsi oldu. 2004-cü ildə imzalanmış bu Sərəncam təhsilimizin, mədəniyyətimizin, ədəbiyyatımızın inkişafında atılmış önəmli addımlardan biri oldu.

2004-cü ilin yanvarında UNESCO-nun iqamətgahında “Dədə Qorqud” dastanına həsr olunmuş möhtəşəm tədbir, Brüsseldə “Dədə Qorqud” abidəsinin açılması da Azərbaycan ədəbiyyatının, mədəniyyətinin layiqli təbliğinə bariz nümunə oldu. 2004-cü ilin aprelində Bakıda Atatürk Mərkəzinin açılması Türkiyə Respublikası ilə dostluq, qardaşlıq münasibətlərinin, iki ölkə arasında mədəni, ədəbi əlaqələrin güclənməsində təməl addımlardan biri oldu.

2008-ci ildə Cavad xanın qəbri üzərində məqbərə ucaldıldı. Dini abidələr, Bakıda və bölgələrdə yüzlərlə məscid əsaslı şəkildə bərpa olundu, təmir edildi. Mərdəkanda Pir Həsən ziyarətgahı, Binədə Möhsün Səlim məscidi, Buzovnada Cümə məscidi, Bakıda Müqəddəs Məryəm Ananın Miladı kilsəsi, Təzəpir, Bibiheybət, Əjdərbəy məscidləri, Gəncədəki İmamzadə dini-tarixi kompleks, Azərbaycanın ən qədim məscidi - 743-cü ildə tikilən Şamaxı Cümə məscidi əsaslı şəkildə bərpa edildi, Heydər Məscidi tikildi. Tbilisidə Azərbaycanın böyük ziyalıları Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundzadənin, Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü abidələri yenidən düzəldildi. 2013-ci ildə Paris və Strasburqda Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı konsert və sərgilər keçirildi. Romada Nizami Gəncəvinin abidəsi ucaldıldı.

C.Mahmudova vurğulayıb ki, 2019-cu ilin “Nəsimi İli”, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi İlham Əliyev hakimiyyətinin Azərbaycan mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına yüksək dəyər verməsinin növbəti nümunələri oldu.

İyirmi il ərzində Azərbaycan muğamı özünün layiqli tarixi dəyərinə qovuşdu. Dünyada ilk dəfə məhz bizim ölkəmizdə muğam ifaçılarının və tədqiqatının təbliğini ehtiva edən ilk rəsmi mərkəz - Beynəlxalq Muğam Mərkəzi açıldı. Həmçinin Beynəlxalq Muğam müsabiqələrinin, festivallarının keçirilməsi Azərbaycan milli musiqisinin dünyada ən yüksək şəkildə təbliğini gerçəkləşdirdi. İstedadlı gənclərimizin üzə çıxarılması, muğam sənətimizin inkişafı və gənclərimiz arasında daha geniş yayılması üçün hər cür şərait yaradıldı.

Prezident İlham Əliyevin mədəni irsimizə göstərdiyi diqqət, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın davamlı təbliğatı sayəsində muğam, aşıq sənəti, Novruz bayramı ənənələri, xalçaçılıq sənəti, tar ifaçılıq sənəti, çövkən oyunu, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Artıq uzun illərdir ki, paytaxt Bakımız beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirildiyi məkana çevrilib. Azərbaycanda Beynəlxalq incəsənət, Beynəlxalq milli rəqs və musiqi, Beynəlxalq Mstislav Rostropoviç, Qəbələ Beynəlxalq musiqi, Bakı Beynəlxalq caz, Avropa Tolerantlıq festivalları, Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu, Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi, kitab sərgiləri, kino və teatr festivalları, idman və musiqi yarışmaları mütəmadi olaraq keçirilir.

Muzeylər əsaslı təmir edildi, Azərbaycan Milli İncəsənət Muzeyinin iki binası və Xalça Muzeyi tikildi. Müasir İncəsənət Muzeyi fəaliyyətə başladı. Həmçinin yeni kinoteatrların yaradılması, özəl kinoteatrların fəaliyyətə başlaması ölkə başçısının mədəniyyətimizin hərtərəfli inkişafına olan qayğısının bir nümunəsi kimi sənətsevərləri sevindirdi. 2007-ci il fevralın 23-də “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalandı. 2008-ci il avqustun 4-də “Azərbaycan kinosunun 2008-2018-ci illərdə inkişafı üzrə Dövlət proqramı” qəbul olundu. Azərbaycan Dövlət Film Fondunun yeni inzibati binası tikilib istifadəyə verildi. “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazası yaxşılaşdırıldı. Nizami Kino Mərkəzi əsaslı şəkildə təmir edildi. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə milli kinomuzun 120 illiyi təntənəli şəkildə qeyd olundu.

Görkəmli mədəniyyət xadimlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr ucaldıldı. Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Niyazi və digər görkəmli mədəniyyət xadimlərimizin xatirəsi əbədiləşdirildi.

Ölkə Prezidentinin 2013-cü il 15 fevral tarixli Fərmanı ilə “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi.

Dövlətimizin mədəniyyət siyasətinin əsas istiqamətlərindən biri də teatr sənətinin inkişaf etdirilməsidir. 2006-cı ilin dekabrında MDB ölkələrində ilk dəfə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Qanun qəbul olundu. 2009-cu il mayın 18-də isə “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət proqramı” təsdiq edildi. 2012-ci ildə Bakı II Beynəlxalq Teatr Festivalına ev sahibliyi etdi. Prezidentin 2013-cü il 1 mart tarixli Fərmanı ilə martın 10-u Milli Teatr Günü təsis edildi. Milli Dram Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr əsaslı təmir olundu. Bölgələrdə teatr binaları tikildi və əsaslı təmir edildi, müstəqil teatrların fəaliyyəti üçün şərait yaradıldı. Son aylarını yaşamaqda olduğumuz 2023-cü ildə Azərbaycan milli peşəkar teatrının yaradılmasının 150 illiyi tamam olur. Bu yubileyin ölkə səviyyəsində geniş qeyd edilməsi ilə bağlı ölkə Prezidentinin müvafiq Sərəncamı diqqətəlayiq mədəniyyət hadisəsinə çevrildi və teatrımızın gələcək inkişafına yeni stimul verdi.

“Qürur hissi ilə deyə bilərəm ki, ölkəmizin əsas yaradıcı ali təhsil ocaqlarından biri olan, bir əslik tarixə malik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti dövlətimizin başçısının mədəniyyət siyasətinə sadiq qalaraq incəsənətimizin tədrisində və gələcək peşəkar kadrların yetişdirilməsində fəaliyyətini uğurla davam etdirir. Azərbaycan mədəniyyətinin tədrisi və təbliğində, ədəbiyyat, incəsənət tariximizin araşdırılmasında, dünyanın tanınmış yaradıcı ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrin yaradılmasında Mədəniyyət və İncəsənət Universiteti önəmli rol oynayır.

Məhz bu xidmətlərinin layiqli qarşılığı və Prezident İlham Əliyevin mədəniyyət siyasətinin daha bir bariz nümunəsi kimi bu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə başçımız Sərəncam imzaladı. Bu Sərəncam bütün kollektivimizi sevindirdi və ruhlandırdı. Eyni zamanda, bizim üzərimizdə böyük məsuliyyət hissi yaratdı ki, biz bundan sonra da mədəniyyətimizin, incəsənətimizin tədrisi və təbliği istiqamətində fəaliyyətimizi daha geniş və inamlı şəkildə davam etdirək. Universitetdə dərs deyən, uzun illər ərzində sənətin sirlərini gənclərimizə aşılayan professor və müəllimlərimiz də daxil olmaqla, mədəniyyət tarixində iz qoymuş, Azərbaycan milli sənətinin inkişafına töhfələr vermiş görkəmli sənətkarlarımızın yubileyləri ən yüksək səviyyədə təşkil olunur, sənətçilərimiz fəxri adlara, Prezident təqaüdünə layiq görülürlər”,- deyə rektor qeyd edib.

C.Mahmudova vurğulayıb ki, 44 günlük Vətən müharibəsindəki böyük Zəfərdən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşamızda Xarıbülbül festivalı, Vaqif Poeziya Günləri və digər önəmli mədəni tədbirlərin keçirilməsi, Molla Pənah Vaqifin məqbərəsinin, Bülbülün ev-muzeyinin və daha neçə-neçə mədəniyyət abidələrinin bərpası, Üzeyir bəyin, Natəvanın və Bülbülün güllələnmiş heykəllərinin öz aid olduqları torpağa - Şuşaya qaytarılması 30 ilə yaxındır vətən həsrəti ilə yaşayan xalqımızın öz yurd-yuvasına qovuşması ilə yanaşı, həm də milli mədəniyyətimizin dirçəlişi kimi insanı riqqətə gətirir.

“Dövlətimizin başçısı bir qrup mədəniyyət xadimləri ilə görüşündə demişdi ki, bizim gənc nəslimiz milli ruhda tərbiyə olunmalıdır: “Ancaq bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər. Buna nail olmaq üçün, əlbəttə ki, əsas amil bizim mədəniyyətimizdir, incəsənətimizdir, ədəbiyyatımızdır, ana dilimizdir, milli təfəkkürümüzdür”.

Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyəti, əvəzsiz xidmətləri Azərbaycan mədəniyyətinin, incəsənətinin daha işıqlı günlərinin qabaqda olduğunu inamla söyləməyə rəvac verir”, - deyə Ceyran Mahmudova fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH