Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi fikirlər qlobal əhəmiyyətli araşdırmaların istinad mənbəyidir

Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi fikirlər qlobal əhəmiyyətli araşdırmaların istinad mənbəyidir

Bakı, 4 may, AZƏRTAC

Prezident İlham Əliyevin “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda Şuşada keçirilən dördüncü beynəlxalq konfransda dünyanın aparıcı beyin mərkəzlərinin təmsilçilərinin qlobal proseslərin ən müxtəlif istiqamətlərini əks etdirən suallarına cavabında səsləndirdiyi fikirlər dövlətimizin başçısının mövcud və gələcək geosiyasi konfiqurasiya ilə bağlı nə qədər dərin və aydın təsəvvürlərə malik olduğunu bir daha nümayiş etdirdi.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, ADA Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə Prezident İlham Əliyevin suallara cavablarında yer alan, uzaq və yaxın tarixi gerçəklikləri, bu günümüzün geosiyasi mənzərəsini və bütövlükdə Avrasiyanın gələcəyi ilə bağlı reallıqları əks etdirən məqamlar dünyanın aparıcı beyin mərkəzlərinin analitiklərinin təhlil və proqnozları üçün mühüm əhəmiyyətə malikdir.

“Dövlətimizin başçısının daha əvvəl keçirilən konfranslarda səsləndirdiyi fikirlərin uzun müddət qlobal əhəmiyyətli araşdırmaların istinad mənbəyinə çevrildiyinin artıq şahidiyik. Onun analitiklərin suallarına cavabları kifayət qədər çoxşaxəli və əhatəli olduğu üçün diqqəti daha çox dövlətimizin başçısının ABŞ-ın Ceymstaun Fondunun baş elmi işçisi Vladimir Sokorun sualına cavabında səsləndirdiyi fikirlərə yönəltmək istəyirəm. Azərbaycanın NATO-ya üzv ölkə və regional güc olan Türkiyə ilə Avroatlantik Alyansdan kənar müttəfiqlik münasibətlərinə malik olmasını əks etdirən sual və bu həssas mövzuya Prezident İlham Əliyevin mükəmməl şəkildə aydınlıq gətirməsi, əslində Azərbaycanın xarici siyasət kursunun ən dərin qatlarını əks etdirməklə yanaşı, strateji baxımdan nə qədər dəqiq düşünüldüyünü sübuta yetirir. SSRİ-nin süqutundan sonra ciddi və dağıdıcı kataklizmlərin içərisindən Ulu Öndər Heydər Əliyevin strateji zəkası və xarakteri, Prezident İlham Əliyevin uzaqgörənliyi və dəmir məntiqə söykənən liderliyi ilə sıyrılmağı bacaran Azərbaycan özündən postsovet məkanının bəzi aktorları kimi geosiyasi qütblərin nüfuz savaşının təzyiq və təsir elementi kimi istifadəsinə imkan vermədi və coğrafi mövqeyini, təbii resurslarını geostrateji faktora çevirməyi bacardı”, - deyə E.Mirzəbəyli diqqətə çatdırıb.

Siyasi ekspert vurğulayıb ki, Azərbaycan kütləvi siyasi səhnələrdə, sadəcə, fon yarada biləcək oyunçu kimi görüntü yaratmaqdan imtina etdi və təhlükəsizliyini yalnız öz milli maraqlarına söykənən bərabərhüquqlu münasibətlər müstəvisindən inkişaf etdirmək yolunu seçdi. Fikirlərimi əsaslandırmaq üçün, Prezidentin Vladimir Sokorun sualına cavabından iqtibas gətirmək istəyirəm. Sitat: “…Keçmiş Sovetlər İttifaqına daxil olan müxtəlif ölkələrdə Avroatlantik inteqrasiyaya və əməkdaşlığa gedən yola dair müəyyən miskonsepsiya mövcud idi. İstər bu NATO, istərsə də Avropa İttifaqı olsun. Bəli, Azərbaycan rəsmi olaraq istənilən növ razılaşmalara daxil olmadı. Biz hətta “Şərq tərəfdaşlığı” Proqramına üzv olan bəzi dövlətlərdən fərqli olaraq Avropa İttifaqı ilə Assosiasiya sazişinə imza atmadıq. Lakin biz bunu onlarla yaxın olmaq istəmədiyimizə görə etmədik. Biz vahid əməkdaşlıq formatına malik olmaq istəmirik. Fikrimcə və mən bunu tam səmimiyyətlə deyirəm assosiasiya sazişi, sözün əsl mənasında, saziş deyil. Bu, sadəcə, bir sözdür. Bu, həmin formata qoşulmuş ölkələrə təqdim olunmuş, sadəcə, təlimatlardan ibarət bir siyahıdır. Bu, onların seçimidir və biz ona hörmətlə yanaşırıq. Lakin bu, bizim seçimimiz deyil”.

Elçin Mirzəbəylinin sözlərinə görə, Azərbaycan liderinin müstəqil xarici siyasət kursunun uğurunun sirrini də məhz, bizə təqdim olunan “seçim”lərdə, ilğım perspektivlərdə deyil, real, praqmatik, milli maraqlara söykənən müstəqil seçimdə axtarmaq lazımdır. Azərbaycanın müstəqil siyasətinin təməlində müstəqil seçim imkanının əsas amil, dövlət siyasətinin ana xətti kimi daim qorunub saxlanılması və geosiyasi reallıqlara uyğun olaraq, dəqiq və çevik bir şəkildə, manipulyasiyalara yol verilmədən reallaşdırılması dayanır. Bu siyasət Azərbaycanı regional və qlobal proseslərin ən fəal və nüfuzlu aktorlarından birinə çevrilməsinə zəmin yaradıb, ərazi bütövlüyümüzün təmin olunmasında müstəsna rol oynayıb, müttəfiqlərini və tərəfdaşlarını öz strateji maraqlarına uyğun bir şəkildə seçməsinə və seçimində uğur qazanmasına imkan yaradıb. Azərbaycan Avropa İttifaqına üzv olan doqquz dövlət ilə strateji tərəfdaşlıq sazişi və bəyannaməsi imzalayıb və bu, Aİ-yə üzv dövlətlərin üçdə birini təşkil edir. Bu çox ciddi, Avropa İttifaqının siyasətinə təsir göstərə biləcək bir göstəricidir.

Azərbaycan və Avropa İttifaqının ikitərəfli, bərabərhüquqlu saziş üzərində uzun müddətdir ki, iş apardıqlarını bildirən siyasi ekspert deyib: “Hər bir istiqamət, hər bir məqam ən incə nüanslarına kimi müzakirə olunur, milli maraqlarımızın süzgəcindən keçirilir.

Biz daha öncə də qeyd etdiyim kimi, “kütləvi səhnələr”də, təlimatlardan, buyruqlardan ibarət assosiativ sazişlərdə yer almırıq, bərabərhüquqlu strateji tərəfdaş kimi çıxış edir, milli qürurumuzu, vətəndaşlarımızın və dövlətimizin ləyaqətini qoruyur, milli dövlətçilik ənənələrimizi, dəyərlərimizi dövlət siyasətimizin bütün istiqamətlərinə daşımağı bacarırıq”.

E.Mirzəbəylinin sözlərinə görə, uzun illərdir ki, Avropa İttifaqına, NATO-ya üzv olacaqlarını elan edən və bu istiqamətlərdə saysız-hesabsız vədlər alan bir sıra postsovet ölkələrinin mövcud durumu müqayisə üçün kifayət qədər geniş imkanlar yaradır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Ukraynaya və Gürcüstana NATO üzvlüyünü 15 il öncə vəd edib. Amma sözügedən ölkələr hələ də olduqları yerdədirlər və qarşılaşdıqları çoxsaylı problemlər də göz önündədir. Azərbaycan isə dövlətimizin başçısının vurğuladığı kimi, əməli nəticələrə çevrilməyən bəyanatlardansa, həmişə praktiki addımlar yolunu seçdi, yəni, sözə deyil, əmələ önəm verdi və uğur qazanmağı, qalib gəlməyi bacardı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH