REGİONLAR
Prezident təqaüdçülərinin konserti Qubada böyük maraqla qarşılanıb VİDEO
Quba,15 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 15-də Qubadakı Bəşir Səfəroğlu adına Mədəniyyət Evində Prezident təqaüdçüləri olan gənc istedadların konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Bakı-2015” ilk Avropa Oyunlarının təbliğat kampaniyası çərçivəsində təşkil edilib.
Tədbirdə gənc və istedadlı musiqiçilər Atabala Manafzadə (fortepiano), Emin Hüseynov (violin), Kamil Həsənov (fortepiano), Jalə Mailova (fortepiano), Mədinə Şahgəldiyeva (kamança), Mustafa Aşurov (tar), Pərvaz İbrahimli (xanəndə) və İsrafil Rəsulovun (truba) ifasında Azərbaycan və dünya musiqi nümunələri səsləndirilib.
Konsert proqramı qubalı musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Prezident təqaüdçüləri olan gənc istedadların Azərbaycanın digər bölgələrində də çıxışları nəzərdə tutulub.