PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Dekqabrın 24-də Rusiya Federasiyasının Baş naziri Mixail Fradkov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Mixail Fradkov dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırmış, ona fəaliyyətində yeni-yeni uğurlar, cansağlığı arzulamışdır.
Azərbaycan Prezidenti Rusiyanın Baş nazirinə minnətdarlığını bildirmişdir.
Prezident İlham Əliyev və Mixail Fradkov Azərbaycanla Rusiya arasında münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq əmin olduqlarını bildirmişlər ki, bu sahədə əməkdaşlıq gələcəkdə də davam etdiriləcək və genişlənəcəkdir.