PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI
Respublikası Prezidentinin 1998-ci il 17 iyul tarixli Sərəncamına uyğun olaraq hər il oktyabrın 1-də ölkəmizdə prokurorluq işçilərinin peşə bayramı qeyd olunur.
Azərbaycan Respublikasının Baş Prokurorluğu, Respublikanın Hərbi Prokurorluğu, Bakı Şəhər və Rayon Prokurorluqlarının əməkdaşları ənənəyə uyğun olaraq oktyabrın 1-də “Şəhidlər” xiyabanını ziyarət etdilər, abidə kompleksin önünə əklil qoydular.
Sonra Respublikanın Baş Prokurorluğunda peşə bayramı münasibətilə yığıncaq keçirildi. Baş Prokuror Zakir Qaralov əlamətdar hadisə ilə əlaqədar yığıncaq iştirakçılarını, prokurorluq orqanlarının əməkdaşlarını, veteranları səmimiyyətlə təbrik etdi. O, prokurorluq işçilərinin peşə bayramının təsis edilməsini prokurorluq orqanlarının əməkdaşlarına dövlət qayğısı kimi dəyərləndirdi. Qeyd etdi ki, dövlətimizin başçısının dörd il əvvəl imzaladığı Sərəncamda cəmiyyətimizdə prokurorluğun yeri və rolu aydın göstərilmişdir.
Respublikanın baş prokuroru prokurorluq orqanlarının yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyevin iştirak etdiyini məmnunluqla xatırlatdı, ötən dövr ərzində həyata keçirilən islahatlar və struktur dəyişiklikləri, prokurorluğun dünya standartlarına uyğunlaşdırılması, qanunvericilik bazasının yaradılması sahəsində görülən işlərdən danışdı.
Yığıncaqda çıxış edənlər Prokurorluq sistemində islahatların həyata keçirilməsinin müsbət nəticələrindən, normal iş şəraitinin yaradılmasından və sağlam mənəvi mühitin formalaşmasından razılıqla bəhs etdilər.
Sonra yığıncaq iştirakçıları adından Azərbaycan Prezidentinə müraciət qəbul olundu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [21:00]
Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır
- 08.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 08.08.2026 [16:31]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- 08.08.2026 [11:52]
Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır
- 08.08.2026 [11:41]
FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO
- 08.08.2026 [11:11]
DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]