QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN PROBLEMLƏRİNİN HƏLLİ İSTİQAMƏTLƏRİ MÜƏYYƏNLƏŞDİRİLMİŞDİR
Rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov Prezident İlham Əliyevin Sərəncamının qaçqınlara və məcburi köçkünlərə göstərilən diqqət və qayğının təzahürü olduğunu vuğulamış, görüləcək işlərdən danışmışdır.
Qaçqın və məcburi köçkünlər çıxışlarında dövlətimizin başçısının onların problemlərinə daim qayğı ilə yanaşdığını söyləmiş, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Görüşün iştirakçıları qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraiti, sosial durumu və yaşayış tərzi ilə yaxından tanış olmuş, onların problemlərinin həlli istiqamətində görüləcək işləri dəqiqləşdirmişlər.
Mənzillərin su ilə normal təminatı, kanalizasiya, elektrik xətlərinin yenidən qurulması, bəzi mənzillərdə cari təmir işlərinin aparılması qərara alınmışdır. Rayon məşğulluq mərkəzinə 22 nəfərin təcili olaraq işlə təmin edilməsi ilə bağlı konkret tapşırıq verilmişdir.