Qadın güləşçilərimiz Bolqarıstana yollanıblar
Bakı, 3 may, AZƏRTAC
Mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya Təsnifat turniri keçiriləcək.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yarışda çıxış edəcək qadınlardan ibarət yığmamız mayın 3-də Bolqarıstana yollanıb.
Sonuncu lisenziya turnirində ölkəmizi baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (76 kq) təmsil edəcəklər. Yarışın proqramına əsasən, qadın güləşçilər mayın 7-8-də mübarizə aparacaqlar.
Xatırladaq ki, güləşin bu növündə yeganə lisenziyamızı 2019-cu ildə Nur-Sultanda keçirilən dünya çempionatında qızıl medal qazanan Mariya Stadnik (50 kq) əldə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib
- 10.10.2026 [18:53]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:46]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]