Qadın güləşçimiz V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb
Konya, 10 avqust, Səxavət Quliyev, AZƏRTAC
Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik (59 kq) V İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edərək ikinci yeri qazanıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Konya şəhərində keçirilən yarışda idmançımız ikinci yer uğrunda qarşılaşmada türkiyəli Elmas Çelikə "tuşe" ilə qalib gəlib.