“QADINLAR SÜLH NAMİNƏ” MÖVZUSUNDA SƏRĞİ KEÇİRİLİR
BMT Təhlükəsizlik Şurasının “Qadınlar, sülh və təhlükəsizlik” haqqında qətnaməsinin üçüncü ildönümünə həsr olunmuş sərgidə gənc rəssamların monumental əsərləri nümayiş etdirilir.
Mərasimdə UNİFEM layihəsinin Azərbaycan üzrə milli əlaqələndiricisi Gülşən Paşayeva BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş tarixi qətnamənin əhəmiyyətindən danışmışdır.
Yığıncaqda Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Möminat Ömərova, Avropa Şurası İnsan Hüquqları üzrə Baş Direktorluğu Bərabərlik bölməsinin rəhbəri Daniela Levi-Pues və diğər çıxış edənlər AŞ Qadın və Kişilər arasında Bərabərlik üzrə Rəhbər Komitəsi, BMT-nin Qadınlar üçün İnkişaf Fondu və Qadın Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlığından danışmışlar. Bu təşkilatların səyi ilə sülh quruculuğu sahəsində həyata keçirilən tədbirlərin vacibliyini vurğulamışlar.