Qafqaz Universitetində Xalq Yazıçısı Anarla görüş olmuşdur
Bakı, 16 may (AZƏRTAC). Mayın 16-da Qafqaz Universitetində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarla görüş olmuşdur.
Müəllim və tələbələrin iştirak etdikləri görüşdə universitetin rektoru, professor Əhməd Saniç görkəmli yazıçı Anarın yaradıcılığının əhəmiyyətini vurğulamışdır.
Azərbaycan ədəbiyyatının, bədii fikrinin inkişafında yazıçının xidmətlərindən danışan rektor ona yeni nailiyyətlər arzulamışdır.
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin rəhbəri Ənvər Özərən Xalq Yazıçısı Anarın ədəbiyyata dəyərli töhfələr verdiyini qeyd etmiş, onun əsərlərinin Azərbaycanda, Türkiyədə və digər ölkələrdə böyük maraqla qarşılandığını diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, bu il mayın 10-da universitetdə ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə “Qafqaz Universiteti ilin adamlarını seçir” layihəsi çərçivəsində müxtəlif nominasiyalar üzrə müsabiqənin nəticələri açıqlanmışdır. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar “İlin yazıçısı” seçilmişdir.
Xalq Yazıçısı Anar Azərbaycan ilə Türkiyənin tarixi birliyindən, mehriban qardaşlıq münasibətlərindən bəhs etmiş, xoş arzularını bildirmişdir.
Sonra “İlin yazıçısı” plaketi sahibinə təqdim olunmuşdur.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]